Qeyri-sabit hava şəraiti sabah gündüzədək davam edəcək.
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 3-də Bakıda və Abşeronda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Rayonlarda isə yağışlı hava şəraitinin davam edəcəyi ehtimal olunur.
Bu gün hava şəraitinin kəskinləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib. Dənizdə işləyən 150-yə yaxın əməkdaş sahilə çıxarılıb, bəzi sahələrdən işçilərin təxliyyəsi davam edir və yaxın zamanda tamamlanacaq. Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı açıq hava şəraitində işlər məhdudlaşdırılıb, qurğular təhlükəsiz vəziyyətə gətirilib.