Bəzi şəxslər iş, təhsil və digər səbəblərdən qeydiyyatda olduqları yer üzrə yaşamırlar. Belə şəxslər şəxsiyyət vəsiqələrini dəyişmək istəyərkən mütləq qeydiyyatda olduqları şəhərə, rayona getməli olurdular. Bugündənşəxsiyyət vəsiqələrinin verilməsində ərazi məhdudiyyəti aradan qaldırılıb.
Bugündən etibarən şəxsiyyət vəsiqələrinin verilməsində yenilik tətbiq edilir. Belə ki, vətəndaşlar şəxsiyyət vəsiqələrini ərazi məhdudiyyəti olmadan əldə edə biləcəklər.
Daxili İşlər Nazirliyinin Baş pasport qeydiyyat və miqrasiya idarəsinin şöbə rəisi Jalə Nəsibova bildirib ki, bu addım vətəndaşların məmnunluğunu təmin edəcək. Onların işlərini asanlaşdıracaq. Şöbə rəsinin sözlərinə görə, yenilik həyata keçirilən islahatların davamıdır.
Şəxsiyyət vəsiqələrinin ərazi məhdudiyyəti olmadan verilməsi həm də prosedurların təkmilləşdirilməsi ilə bağlıdır.
Qeyd edək ki, 2013-cü ilin sentyabr ayından tətbiqinə başlanılmış elektron daşıyıcısı olan ümumvətəndas pasportları da vətəndaşlara elə həmin ildən etibarən yasayış yerindən asılı olmayaraq hər bir "ASAN xidmət" mərkəzində və ərazi polis qurumunda verilir.