Xəzər Xəbər

Yevlaxda canavarlar qoyun sürüsünə hücum etdi VİDEO

Veb TV | 18:53 • 1 Noyabr 2019
Yevlaxda canavarlar qoyun sürüsünə hücum etdi

Dağdan Arana qayıdan xırdabuynuzlulara canavar hücum edib.

Yırtıcılar 4 baş heyvanı parçalayıb, 6-sını yaralayıb. Hadisə Yevlax rayonuna yaxın Qazandağı deyilən ərazidə baş verib. Yırtıcılar yaylaqdan qayıdan 400-dən artıq heyvana gecə vaxtı hücum edib.

Çobanlar və sürünü qoruyan itlər canavarları qoyunlardan uzaqlaşdıra bilib.

Qeyd edək ki, qoyun sürüsünü çobanlar Qoşqar dağından Aran bölgəsinə Yevlaxın Tanırqullular kəndinə gətirən zaman baş verib.

Xəbər lenti