Paytaxtın Xətai rayonu Mirzə Davud küçəsində yaşayan bir neçə sakinin mənzillərini və həyətlərini yağış suları dolub. Nəticədə də sakinlər problemlə qarşılaşıblar. ''Bakı Sukanal İdarəsi''ndən isə bildirilib ki, subasmaya səbəb yaxınlıqda olan kollektorun yağış sularını çatdıra bilməməsidir.
Mənzilləri,həyətləri və bu istiqamətə gedən əsas yolu su basıb.Sakinlər nə evlerindən çölə çıxa, nə də mənzillərinə gedə bilirlər.
Bura Bakının Xətai rayonu Mirzə Davud küçəsidir.Ərazidə yaşayan sakinlər səhər açılan kimi gördükləri mənzərə qarşısında aciz qalıblar.Sakinlərin sözlərinə görə,intensiv yağan yağış yaxınlıqda olan yağış kollektorunda problemlər yaratdığından əsas yolu və mənzilləri su basıb.Nəticədə də mənzildə olan əşyalar da ziyan görüb.
Sakinlər bildirir ki,yoldan istifadə etmək mümkünsüz olduğundan nə işə,nə də ki uşaqları məktəbə apara biliblər.
Məsələ ilə bağlı ''Bakı Sukanal İdarəsi''nin rəis müavini Əlizadə Nəsirov bildirdi ki,ərazinin su basmasına səbəb yaxınlıqda yerləşən ''8-ci kilometr'' kollektrounun yağış sularının daşınmasını çatdıra bilməməsi olub.
Qurum rəsmisi onu da bildirdi ki,ərazidə olan yağış kollektorunun həcminin böyüdülməsi və yeni kollektorun tikilməsi ilə bağlı təkliflər hazırlanaraq ''Azərsu'' Açıq Səhimdar Cəmiyyətinə verilib.