Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunda tıxac probleminin həll edilməsi üçün ciddi tapşırıq verib. Prezidentin sözügedən yolla bağlı çıxışından sonra artıq aidiyyatı qurumlar müəyyən təkliflərin hazırlanmasına başlayıb. Təkliflərə əsasən Bakı-Sumqayıt yolunda ciddi dəyşikliklər olacaq. Bu yolda nələr dəyişəcək və tıxac aradan qalxacaqmı? Bu sualın cavabını xəbərimizdən biləcəksiniz...
Bakı-Sumqayıt yolunda sürücülərin düşdüyü çətin vəziyyətə son qoyula bilər.
Sözügedən yolda sıxlığın yaranmasının başlıca səbəblərindən biri Xırdalan dairəsindəki tuneldi. İlk dəyşiklik də məhs həmin dairədə baş verəcək. Artıq aidiyyatı qurum tərəfindən bu istiqamətində təkliflərin hazırlanmasına başlanıb.2020-ci ilin sonlarına qədər həmin yolda yaranan tıxaca son qoymaq üçün ciddi dəyşikliklər olacaq.
Ekspert Ərşad Hüseynov da Bakı-Sumqayıt yolu ilə bağlı təkliflərlə çıxış edib.Ekspert, bildirir ki, bakıdan gedən yol tunelə qədər 4, bəzi hallarda 5 zolaqlı olur. Amma tunel isə bir istiqamətdə cəmi 2 zolaqdan ibarətdir. Ərşad Hüseynov sözügedən dairədə sıxlığın aradan qaldırılması üçün ən yaxşı variantlardan birini təklif edir.
Şəhərə girişdə isə başlıca olaraq Beyəlxalq avtovağzal yaxınlığındakı təpəciklər ləğv edilməli və əvəzinə yeni zolaq yaradılmalıdır. Həmçinin ''Şamaxinka'' kimi tanınan ərazidə də dəyşikliyə ehtiyac var
Digər təklifə əsasən, bakıdan gedişdəxırdalan dairəsinə çatmamış yol ötürücüləri inşa edilməli, bununla da sürücülər bakı-şamaxı yoluna rahat çıxış əldə etməlidirlər.