Xəzər Xəbər

Bakıda evini satmaq istəyən şəxs problemlə üzləşdi VİDEO

Veb TV | 18:54 • 1 Noyabr 2019
Bakıda evini satmaq istəyən şəxs problemlə üzləşdi

Bakıda evini satmaq istəyən şəxs problemlə üzləşib.Vətəndaşa evi iləbağlıiki qurum tərəfindənfərqli arayış verilib. Asan Xidmətdən alınan arayışda evdə heç kimin qeydiyyatda olmadığı bildirilib. Amma notariat kontorununsistemindəisə başqa bir nəfərinhəmin evdə qeydiyyatda olduğu göstərilib.

Asan Xidmət evdə sahibindən başqa heç kimin qeydiyyatda olmadığını, notariat kontoru isə evdə başqa bir nəfərin də qeydiyyatda olduğunu deyir.

Belə bir problemlə paytaxt sakini Söhrab Cabbarov qarşılaşıb.''Xəzər Xəbər''ə müraciət edən şəxsin sözlərinə görə, Yasamal rayonunda evini satarkən müştəri ondan evdə heç kimin qeydiyyatda olmaması ilə bağlı ''forma-2'' arayışı istəyib. Söhrab Cabbarov bununla bağlı5 saylı Asan Xidmətə müraciət edib.

Bundan sonra Söhrab Cabbarov, adı evində qeydiyyatda olan şəxsi axtarıb tapıb. O, bildirib ki, həmin evdən bir neçə il əvvəl çıxıb və başqa bir ünvanda qeydiyyatdadır. O, başqa bir notariat kontorunda evinin sənədlərini yoxladıb və ordan da bildiriblər ki, evində özündən başqa bir nəfər qeydiyyatdadır.

Həmin şəxslə bərabər Ədliyyə Nazirliyinin Bakı Şəhər 29 saylı Notariat ofisinə yaxınlaşdıq. Ofisin müdiri sənədi yenidən yoxladı və evdə heç kimin qeydiyyatda olmadığını bildirdi. O, sistemin yenilənməsi ilə əlaqədar ara-sıra belə problemlərin olduğunu bildirdi.

Xəbər lenti

Çox oxunanlar