Rusiya Müdafiə Nazirliyi Moskvanın cənubunda yerləşən bölgəyə RS-24 Yars qitələrarası ballistik raket sistemi yerləşdirib.
Sistem Belarus və Ukrayna sərhədlərinə yaxın nöqtədə yerləşən Kaluqa bölgəsindədir.
Digər hava hücumundan müdafiə sistemlərinə tuş gəlməyən və hücum xüsusiyyətinə malik raket nüvə hücumu və ondan müdafiə kimi özəlliklər də daşıyır.
Qeyd edək ki, ABŞ-la imzalanan Orta və Yaxınmənzilli Nüvə Qüvvələri Razılaşmasının ləğvindən sonra Rusiya, sərhəd nöqtələrinə HHMS yerləşdirməyə başlayıb. Müdafiə Nazirliyi Topol-M sisteminin modifikasiyası olan RS-24 Yars strateji sistemini ilin sonuna qədər 30 nöqtəyə yerləşdirəcəyini açıqlamışdı./publika.az