Xəzər Xəbər

İnam Kərimov: Gələn ildən subsidiyalar elektron formada veriləcək - VİDEO

Veb TV | 19:23 • 1 Noyabr 2019
İnam Kərimov:

Kənd təsərrüfatı sahəsində subsidiyaların verilməsi tam elektronlaşdırılır. Nazir İnam Kərimov istisnasız olaraq gələn ildən etibarən bütün fermerlərə subsidiyaların yalnız elektron qaydada veriləcəyini bildirib. O, həmçinin son 9 ayın nəticələrini də açıqlayıb.

"Bu ilin 9 ayının nəticələrinə görə, Azərbaycanın aqrar sektorunda 7,1% artım olub". Bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib. Nazir ötən illə müqayisədə fermerlərin daha uğurlu nəticələr əldə etdiklərini bildirib. İnam Kərimovun sözlərinə görə, xüsusilə də fermerlərə yaradılan şərait məhsul bolluğuna təsir edib.

İnam Kərimov fermerlərə göstərilən dəstəyin də artırılacağını bildirib. Onun sözlərinə görə, subsidiya sisteminin elektronlaşdırılması bu məqsədə xidmət edir.

Qeyd edək ki, bu gün Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının peşə bayramıdır.

Xəbər lenti