Xəzər Xəbər

Fransanın cənubunda fövqəladə vəziyyət elan olundu - VİDEO

Veb TV | 09:43 • 1 Noyabr 2019
Fransanın cənubunda fövqəladə vəziyyət elan olundu -

Fransa höküməti ölkənin cənubunda fövqəladə vəziyyət elan edib. 

"TASS”ın yaydığı məlumatına görə, buna səbəb həmin əraziləri cənginə alan daşqınlar olub.

Söhbət Ero, Od, Buş-dü-Ron, Şərqi Piriney, Var və Voklüz departamentlərindən gedir. Zərərçəkənlərə kompensasiya ödəniləcək.

Xatırladaq ki, ötən həftə ölkənin cənubunda güclü leysan yağışları yağmışdı. Təbii fəlakət 3 nəfərin həyatına son qoymuş, ev təsərrüfatına ciddi ziyan vurmuşdu.


Xəbər lenti