Bir neçə ay əvvəl hər bi hissədə baş vermiş partlayış zamanı xüsusi qəhrəmanlıq göstərərək yanğının söndürülməsində böyük fədakarlıq göstərmiş hərbçi öz toy günündə böyük bir sürprizlə qarşılaşıb. Belə ki hərbçi Abuzər Bəhramova müdafiə nazirliyinin rəsmiləri el toy mərasimində ona məhz toyu günü "hərbi xidmətdə fərqlənməyə görə" medalı təqdim ediblar.
Ağstafa rayonunun Qırılı kəndindəki bu Toy evi bayraqlarla bəzədilib. Çünki toyu olan şəxs aprel döyüşçüsü abuzər bəyramovdur. həmin abuzər bəhramov ki, bir neçə ay öncə həyatını təhlükəyə ataraq tank mərmisinin atımının partlayışı nəticəsində baş vermiş yanğının daha da güclənməsinin qarşısının alınmasında fəal iştirak etmiş və ağır dərəcəli yanıq xəsarətləri almasına baxmayaraq sonadək yoldaşlarına yardımçı olmuşdu. həmin partlayişdan sonra ağır xəsarətlər alan Abuzər Bəhrəmov Silahlı Qüvvələrin Baş Klinik Hospitalının peşəkar və təcrübəli tibb mütəxəssislərinin səyi nəticəsində həyatda qalıb. bu gün isə qəhrəman hərbiçi bət masasında əyləşmişdi.
Onun bu şad günündə hərbçi dostları ilə yanaşı müdafiə nazirliyinin rəhbər şəxsləri də iştirak edirdi. Müdafiə Nazirliyinin rəhbərliyinin bəylə gəlinə səmimi təbrikini çatdıran polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, bu gün bəy kürsüsündə əyləşən Azərbaycan Ordusunun nümunəvi əsgərlərlərindəndir.
Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu A.Bəhrəmovun Azərbaycan Respublikasının Prezidenti adından təltif olunduğu medalı alqış sədaları altında bəyə təqdim edib.
Abuzər Bəhramov deyir ki arzusu hərbçi olmaq olub. elə buna görə də əsgərliyini başa vurduqdan sonra yenidən Azərbaycan Ordusuna qayıdıb . müddətdən artıq hərbi qulluqçu limi, Xüsusi kurslar keçib, təlimlərdə peşəkarlığını artırıb və təcrübəli tankçı kimi yetişib.
Qeyd edək ki abuzər Bəhraov 2016-cı ildə ki aprel döyüşlərinin də iştirakçısıdır.