Xəzər Xəbər

BŞİH çoxmərtəbəli binanın tikintisini dayandırdı VİDEO

Veb TV | 20:30 • 28 Oktyabr 2019
BŞİH çoxmərtəbəli binanın tikintisini dayandırdı

Bakı şəhər İcra Hakimiyyəti paytaxtın Nəsimi rayonunda 54 nömrəli tam orta məktəbin ərazisində tikintinin aparılması ilə bağlı verilən sərəncamı ləğv edib. Ərazidə iş dayandırılıb . Yaxın günlərdə hasarlanan yerin yenidən məktəbin istifadəsinə veriləcəyi və oradan sökülən qurğuların bərpa ediləcəyi gözlənilir.

Paytaxtın Nəsimi rayonunda 54 nömrəli məktəbin ərazisində hündürmərtəbli binanın tikintisinin qarşısı alınıb. Bunun bağlı Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Araşdırma zamanı məlum olub ki, ərazi 2008-ci ildə Bakı Metropoliteninə verilib, sonradan isə həmin ərazi Azər Əkbərov və Asif Əsədova çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə ayrılıb.Hər iki halda ərazinin ayrılması Əmlak Məsələləri Dövlət Komitəsinin və digər aidiyyətı tərəflərin rəyi alınmadan həyata keçirilib.

Tikintini aparan şirkət artıq ərazisini tərk edib. Bakı Şəhər İcra Hakimiyyətində , Bakı Şəhər Təhsil İdarəsinin və Təhsil Nazirliyinin müraciəti nəzərə alınaraq sözügedən torpaq sahəsinin məktəbə verilməsi məsələsinə baxılır. Proses başa çatdıqdan sonra ərazində yenidən idman qurğularının quraşdırılacağı gözlənilir.

Xəbər lenti