"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti payız-qış mövsümünə hazırlaşır. Qurumun balansında olan bütün qazanxanalar və sistemlər yoxlanılıb. Bir neçə həftədir ki, sistemlərə su vurulur və onlar sınaqdan keçirilir.
"Azəristiliktəchizat"Açıq Səhmdar Cəmiyyəti payız-qış mövsümünə tam hazırdır.
3 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəisi Rövşən Tağıyevin sözlərinə görə, qurumun balansında olan bütün qazanxanalar və sistemlər yoxlanılıb. Bakı və respublika üzrə 930 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub. Eləcə də mexaniki və kimyəvi üsullarla təmizləmə işləri aparılıb.
Oktyabrın 15-dən etibarən isə sistemlərə su vurulub və onlar sınaqdan keçirilib.
Sınaq prosesi noyabrın 15-nə kimi davam etdiriləcək.
Noyabrın 15-dən etibarən isə binalara istiliyin verilməsinə başlanılacaq.