Xəzər Xəbər

Şadlıq sarayları və restoran sahiblərinə XƏBƏRDARLIQ VİDEO

Veb TV | 20:04 • 28 Oktyabr 2019
Şadlıq sarayları və restoran sahiblərinə XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi restoran sahiblərinə yenə xəbərdarlıq edib. Restoranlar təmizləyici qurğular quraşdırsalar da, bu qurğulara vaxtında qulluq edilmir. Bu isə əvvəlki vəiyyətə gətirib çıxarır. İnsanlar yenə də restoranlardan çıxan zəhərli tüstüdən əziyyət çəkirlər. Verilən məlumata görə, nazirlik bununla bağlı sərt tədbirlərə başlayacaq.

Restoranlarda təmizləyici qurğular quraşdırılsa da, vaxtında texniki qulluq edilmir. Bu səbəbdən son vaxtlar havaya yenidən tüstü və iy-qoxu yayılmağa başlayıb. Bu sahədə şikayətlər artdığından Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəzi restoran sahiblərinə sərt xəbərdarlıq edib. Qurumun sözçüsü İradə İbrahimova deyir ki, nazirlik tərəfindən daxil olan şikayətlər əsasında bəzi restoranlarda yoxlamalar aparılıb. Məlum olub ki, bəzi iaşə obyektlərində təmizlyici qurğuların filtrləri vaxtaşırı təmizlənmir. Bu isə insanların narazılığına səbəb olur

Nazirlik rəsmisi qeyd edib ki, bütün iaşə sahibləri bu məsələyə diqqət etməlidir. Əks halda qaydalara əməl etməyən restoran və şadlıq evləri barəsində inzibati qayda da tədbirlər görüləcək. İradə İbrahimova onu da qeyd etdi ki, hələ də bəzi obyektlərdə bu qurğular ümumiyyətlə quraşdılmayıb.

Qeyd edək ki, təmizləyici qurğuların quraşdırılmasında əsas məqsəd ekologiyanı qorumaq və tüstüdən, iy-qoxudan əziyyət çəkən insanların rahatlığını təmin etməkdir.

Xəbər lenti

Çox oxunanlar