Xəzər Xəbər

Azərbaycanlı qız ABŞ-da ermənipərəst jurnalisti belə susdurdu - VİDEO

Veb TV | 19:22 • 27 Oktyabr 2019
Azərbaycanlı qız ABŞ-da ermənipərəst jurnalisti belə susdurdu -

Azərbaycanlı qız Arzu Məmmədova ABŞ-da ermənipərəst jurnalisti susdurub.

Xezerxeber.az-ın məlumatına görə, Qarabağ bölgəsindən olduğunu deyən Arzu Məmmədova Azərbaycanda bütün xalqların sülh şəraitində yaşadığını və heç bir xalqa, o cümlədən İsrail vətəndaşlarına qarşı ayrı-seçkilik olmadığını deyib.

O qeyd edib ki, Vladimir Pozner kimi səviyyəli jurnalist qərəzsiz olmalıdır. O deyib ki, Dağlıq Qarabağ Ermənistanın işğal etdiyi ərazidir. Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz qaytarılması barədə BMT qətnamələri var. Dünyanın heç bir ölkəsi Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır.

Arzu Məmmədova bildirib ki, azərbaycanlılar və ermənilər uzun illər Dağlıq Qarabağada birlikdə yaşayıb, hətta indiyədək Bakının mərkəzində erməni kilsəsi yerləşir. "Siz Ermənistanı dəstəkləməklə qadın və uşaqların qatillərini alqışlayır, mən və ailəm də daxil olmaqla məcburi köçkün düşmüş minlərlə azərbaycanlıya qarşı ayrı-seçkilik edirsiniz. Sizcə, söz azadlığı ilə nifrət hissi arasındakı xətt haradan keçir?", - deyə Arzu soruşub.

Nə deyəcəyini bilməyən Vladimir Pozner Dağlıq Qarabağı Ermənistanın rəsmi olaraq tanınan ərazisi adlandırıb. Bu zaman Məmmədova onun sözünü kəsərək Dağlıq Qarabağın Azərbaycanın rəsmi ərazisi olduğunu bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti