Daşkəsəndə ana öz övladlarına işgəncə verib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində, 3 mərtəbəli yaşayış binasındakı mənzildə qeydə alınıb.
Həmin ünvanda qeydiyyatda olan Elmira Pavlova azyaşlı övladları - 9 yaşlı Pavlov Hüseyn və 7 yaşlı Pavlov Əmirxanın əllərinə qaz sobasında qızdırdığı bıçaqla "dağ basıb”, sonra isə döyüb.
Elmira Pavlovanın atası Saday Əlirzayev deyib ki, qızı hadisəni törədəndən sonra qaçıb. Nəvələrini bu vəziyyətdə görən baba isə polisə müraciət edib. O, qızının cəzalandırılmasını istəyir.
9 yaşlı Hüseyn bildirib ki, anası onu rəfiqəsi ilə birlikdə döyüb və hədələyib ki, heç kimə deməsin.
Əmirxan isə deyib ki, rəfiqəsi onun qollarını tutub, anası isə qızdırılmış bıçağı əllərinə basıb.
Onlar uşaqları eyvanda saxlayıb.
Daşkəsən polisi baba və uşaqların ifadəsini alıblar. Qadınlar axtarılır.