BMT-dən sonra ən nüfuzlu təşkilat olan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi, eləcə də sammitin yekun bəyannaməsinə Azərbaycan ərazilərinin işğalı ilə bağlı bəndin əlavə edilməsi ölkəmizin ciddi diplomatik uğuru hesab edilir.
Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirir. Dünya ölkələrinin 3-də 2-i Qoşulmama Hərəkatının üzvüdür. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi rəsmi Bakının dünyada qazandığı önəmli uğurun göstəricisi hesab edilə bilər. Üstəlik, bu təşkilata sədrliyin 3 il ərzində Azərbaycana həvalə edilməsi 2022-ci ilə qədər rəsmi Bakının daha çox diplomatik uğur əldə etmək, eləcə də işğal altında olan torpaqların azad edilməsi ilə bağlı geniş imkanlar yaradır.
Qoşulmama Hərəkatınn zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkənin müstəqillik dövründə reallaşan ən böyük siyasi tədbir hesab olunur. Çünki zirvə görüşündə 159 nümayəndə heyəti dövlət və hökumət başçısı, parlament sədri, xarici işlər naziri və digər yüksək səviyyələrdə təmsil olunub.Dövlət və hökümət başçılarının böyük auditoriyasından məharətlə istifadə edən Prezident İlham Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, etnik təmizləmə siyasəti və Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verdi. Bundan əlavə, Prezident İlham Əliyev sammit çərçivəsində keçirdiyi 20 yüksək səviyyəli görüşdə Azərbaycanın ərazi bütövlüyü məsələsini bir daha gündəmə gətirdi.
Məhz bunun nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə əlaqədar olaraq yekun bəyannaməyə ilk dəfə yeni bənd əlavə olundu. Bu bənddə Dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycanın ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə, 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.
Onu da qeyd edək ki, Qoşulmama Hərəkatının yekun bəyannaməsində 120 ölkənin birlikdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və işğalın qəbuledilməzliyi ilə bağlı mövqeyi Azərbaycanın indiyədək qədər qazandığı ən böyük diplomatik uğurlardan biri kimi tarixə düşdü.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: