Avtomobil sürücülərinin bəziləri yanacaqdoldurma məntəqələrindən aldıqları Aİ-92 markalı benzindən şikayət edirlər.
Xezerxeber.az-ın məlumatına görə, bildirilir ki, menzin mühərrikin normal işləməsinə imkan vermir, avtomobil idarə edərkən iyi gəlir və sərfiyyat hər zamankından artıqdır.
Sözügedən faktı ustalar da təsdiqləyir . Avtomobil ustalarının sözlərinə görə, bela hallarda mühərrikdə bütün detallar işləyir, amma avtomobilin normal işləməsini təmin etmək olmur.
Avtomobil ustası Sahil Ağabəyli müvəqqəti həll variantı kimi Aİ-95 markalı yanacaqdan istifadə etməyi tövsiyə edir.
Məsələ ilə bağlı SOCAR-ın Mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov isə ''Xəzər Xəbər'' ə açıqlmasında bildirib ki, hazırda ölkəmizə Aİ-92 markalı benzin xaricdən idxal edilir və beynəlxalq standartlara tam cavab verir. Odur ki, iddialar əsassızdır. O da bildirilib ki, aparılan yenidənqurma işlərinin son mərhələsi olduğundan noyabrın 4- dən etibarən ölkəmizdə yenidən bu növ benzinin istehsalına başlanılacaq. Hətta bu tarixin 3-4 gün tezləşməsi də ola bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: