Bakıda baş tutan qoşulmama hərəkatının 18-ci Zirvə Sammiti yekunlaşıb. Xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, görüşün sonunda yekun sənəd, Bakı siyasi bəyannaməsi, ev sahibi dövlətə təşəkkür və Fələstin üzrə sənədlər qəbul edilib.
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü başa çatıb. Yekunda çıxış edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, görüşün sonunda Yekun sənəd, Bakı Siyasi Bəyannaməsi, Ev sahibi dövlətə təşəkkür və Fələstin üzrə sənədlər qəbul edilib.
Elmar Məmmədyarov deyib ki, Azərbaycan 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürür
Xarici işlər naziri qeyd edib ki, 25 ildən çoxdur ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsindən əziyyət çəkir
Bununla da Azərbaycan daha bir mötəbər beynəlxalq tədbiri uğurla başa vurdu