Xəzər Xəbər

Qohumunun pulunu mənimsəmək üçün özünü bıçaqladı VİDEO

Veb TV | 20:08 • 26 Oktyabr 2019
Qohumunun pulunu mənimsəmək üçün özünü bıçaqladı

Qohumunun pulunu mənimsəmək üçün özünü bıçaqladı…

Hadisə Bərdədə baş verib. Rayon sakini Zabil Əzizli Alpout kəndində yerləşənMal bazarında bıçaqla özünə bir neçə xəsarət yetirib. Yaxınlarına da zəng edərək tanımadığı şəxslər tərəfindən bıçaqlandığını və üzərində olan 8745 manat pulun mənimsədildiyini bildirib. Zabil Əzizli polisə veridyi ərizədə də bu məlumatları qeyd edib. Lakin keçirilmiş əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Zabil Əzizli yaxın qohumu olan Tahir Qurbanova məxsus 8745 manatı pulu mənimsəmək üçün özü-özünün sol buduna bir neçə bıçaq xəsarəti yetirib.

Qalan 3600 manat pulu isə Zabil Əzizli Mal bazrına getməzdən bir neçə gün əvvəl xərcləyib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

Xəbər lenti