Neftçalalı fermer hər hektardan 60 sentner pambıq əldə edib. Bununla da məhsuldarlığa görə ölkədə ilkə imza atıb. O, tədarük məntəqəsinə təhvil verdiyi pambığın həcminə görə isə rayonda liderdir.
Pambıq sahəsindəki məhsuldarlığa görə ölkədə ilkə imza atdı...
Neftçalanın Xolqaraqaşlı kənd sakini Əlibala Səlimov pambıq sahəsindən yüksək məhsuldarlıq əldə edib. Təcrübəli pambıqçı hər hektardan 60 sentner "ağ qızıl" yığıb. Bu göstərici ilə o, ötənilki rekordunu 2 sentner üstələyib.
"Əmək" ordenli Əlibala Səlimov həm də liderlik uğrunda yarışan iki pambıqçıdan biridir. Rəqibi isə Sabirabadlı Fatma Hüseynovadır.
Əlibala Səlimov birinci dəfə toxum yetişdirməklə də ilkə imza atıb. O, 30 hektar sahənin 20 hektarında elit toxum əkib. Nəticədə də yüksək repreduksiyalı, birinci sort toxum əldə edib. Əlibala Səlimov bu günə qədər tədarük məntəqəsinə 180 ton pambıq təhvil verib. Bu göstəriciyə görə də rayondakı fermerlər arasında birincilik qazanıb. Sahələrdə isə hələ məhsul boldur və yığım davam edir.