Balakəndə 3-cü xurma festivalı keçirilib. Festivalda xurmadan hazırlanmış məhsullar və əl işləri sərgilənib. Həmçinin, tətbiqi sənət nümunələrinin satış yarmarkası da təşkil olunub.
Xurmadan hazırlanmış şirniyyatlar, bəkməz və müxtəlif əl işləri...
Görüntülər Balakəndə keçirilən 3-cü xurma festivalındandır. Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən festivalda iştirakçılar əvvəlcə xurmadan hazırlanmış kulinariya məhsulları, kompozisiyalar və kənd təsərrüfatı məhsullarından ibarət sərgiyə baxıblar. Həmçinin, yerli folklor kollektivləri və idmançılar müxtəlif nömrələrlə çıxış ediblər.
Festivalda müxtəlif məhsulların və tətbiqi sənət nümunələrinin satış yarmarkası da təşkil olunub.
Qonaqlar yun darayan, ip əyirən, xalça toxuyan xanımların əl işlərinə baxıb, Balakən mətbəxinin nümunələrindən dadıblar.