Xəzər Xəbər

Neftçala sakinlərini belə aldatdılar - nə ölkəyə qayıda, nədə ki, pullarını geri ala bilirlər VİDEO

Veb TV | 20:33 • 26 Oktyabr 2019
Neftçala sakinlərini belə aldatdılar - nə ölkəyə qayıda, nədə ki, pullarını geri ala bilirlər

Yüksək əməkhaqqı vədi verib Qazaxıstanın Aktau şəhərinə işləməyə aparılıblar. 4 nəfər Neftçala rayon sakini 22 gün həmin şəhərdə tikintidə işləməklərinə baxmayaraq hələ də əməkhaqqı ala bilmirlər. Onlardan biri Sərxan Fərəcov iddia edir ki, 4 nəfərdən 2-si vətənə qayıda bilsələrdə, özü ilə yanaşı digər bir nəfər də bilet pulları olmadıqları üçün Aktau şəhərində qalıblar.

Qazaxıstana pul qazanmaq üçün getdilər nə pulu ala,nə də ki ölkəyə geri dönə bilirlər.

Onlardan biri Neftçala sakini Sərxan Fərəcov deyir ki, qohumları İslam Abışov adlı şəxs ona və daha 3 həmkəndlisinə Qazaxıstanın Aktau şəhərində yüksək məvacibli iş sözü verib. Üstəlik bilet və kirayə pulunun da onun tərəfindən ödənəcəyini bildirib. Həmin dörd nəfər - Sərxan Fərəcov Hilal Məmmədov,Lazım Məmmədov və Elnur Səlimov İslam Abışovun dedikləri ilə razılaşdıqdan sonra sentiyabrın 30-da Aktau şəhərinə gələrək işə başlayıblar.

Sərxan Fərəcov iddia edir ki, 22 gün işləməklərinə baxmayaraq İslam Abışov onlara pul ödəməkdən boyun qaçırır.Buna səbəb kimi isə,ödəniləcək məbləğin bilet və kirayə haqqına çıxdığını deyib.

İşlədikləri işə görə əməkhaqqı ala bilməyən bu dörd nəfərdən Elnur Səlimov və Lazım Məmmədov ailələri tərəfindən göndərilən pulla bilet alaraq Azərbaycana qayıda biliblər.Ancaq Sərxan Fərəcov və Hilal Məmmədov bilet almağa pulları olmadığından hələ də Aktau şəhərində qalıblar.

Məsələ ilə bağlı adı çəkilən İslam Abışovla əlaqə saxladıq.İslam Abışov ''Xəzər Xəbər''ə bildirdi ki, 2 gün ərzində həmin şəxslərin Azərbaycana qayıtmaları üçün həm bilet alınacaq,həm də onların əməkhaqqıları ödəniləcək.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liaqsının sədri Sahib Məmmədov isə vətəndaşlara bu cür hallarla qarşılaşmamaq üçün əvvəlcədən ehtiyyat tədbirlərinin görülməsini tövsiyyə edir.O.bildirir ki,hər hansısa xarici ölkələrdə işlə bağlı təkliflərə verilirsə,həm təklifi verən şəxslə bağlı,həm də həmin işləyəcəkləri tikinti obyektləri və müəsissələr haqqında məlumat toplanılmalıdır.

Sahib Məmmədov onu da qeyd etdi ki, əgər həqiqətən də aldadılma ilə bağlı fakt ortaya çıxarsa, o zaman aldadan şəxs barəsində inzibati tədbir görülə bilər.

Xəbər lenti