Almaniya Bundesliqa 2-nin 11-ci həftəsində keçirilən "Kiel” - "Boxum” komandalarının matçında qeyri-ənənəvi hadisə baş verib.
Matçın 36–cı dəqiqəsində "Boxum”lu futbolçu qapıya doğru zərbə vurub. Yaşıl meydanda kənarda məşq edən "Kiel”li futbolçu isə topa toxunub.
Matçın VAR hakimi ehtiyat oyunçunun topa müdaxiləsini əsas hakimə xəbər verib. Oyunu idarə edən Timo Qeraç isə "Boçum”un lehinə penalti təyin edib və topa toxunan rəqib futbolçunu sarı kartla cəzalandırıb./Publika.az