Həyat yoldaşı Kənan Doğuludan boşanacağı deyilən məşhur aktrisa "Atiye” serialının çəkilişlərinin bitməsinə özünəməxsus şəkildə sevinib.
"Netflix” kino şirkətinin layihəsi olan serialla uzun müddətdən sonra ekranlara geri qayıdan Beren çəkilişlərin yorğunluğunu rəqs edərək çıxarıb.
Mehmet Günsür və Metin Akdülger ilə baş rolları paylaşan aktrisa şən halı ilə diqqət çəkib.
Qeyd edək ki, "Atiye”nin "Netflix”in rəsmi saytında dekabr ayından etibarən yayımlanacağı bildirilir.