Bakının bir sıra küçə və prospektlərində taksi duracaqları təşkil edilir. Mərhələli şəkildə həyata keçirilən işlər çərçivəsində ilkin olaraq infrastrukturun imkan verdiyi ərazilər duracaq kimi seçilib. Növbəti mərhələdə paytaxtın digər küçə və prospektlərində də belə duracaqlar təşkil ediləcək.
Bakıda daha 12 küçə və prospektdə taksilər üçün duracaqlar təşkil edilib.
Bakı Nəqliyyat Agentliyi paytaxt küçələrində nəqliyyatın hərəkətinin fasiləsizliyini və sərnişinlərin rahatlığını təmin etmək üçün bir sıra küçə və prospektlərdə taksi duracaqlarının təşkilini sürətləndirib. Bu məqsədlə ötən həftə ərzində daha 12 ərazidə taksi duracaqları salınıb.
Taksi sürücüləri də belə duracaqların təşkilinin onlar üçün daha rahat olduğunu, lakin duracaqların sayının artırılmasına vacibliyini vurğulayıblar.
Qeyd edək ki, duracaqlar taksi fəaliyyəti üçün lisenziyası olan taksilər üçün nəzərdə tutulub.