Xəzər Xəbər

ŞAD XƏBƏR: Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə reysə çıxdı - VİDEO

Veb TV | 19:41 • 26 Oktyabr 2019
ŞAD XƏBƏR:

Bakıdan Gürcüstana və əks istiqamətdə qatarla səyyahət edənlərə şad xəbərimiz var. Dünəndən etibarən artıq bu istiqamətdə sərnişinlər sürət lokomotivləri ilə daşınır. Bu isə sərnişinlərin ünvan başına həm daha təhlükəsiz, həm də daha tez çatması deməkdir. İndiyə qədər bu istiqamətlərdə sərnişinlər 70-ci illərin yük lokomotivləri ilə daşınırdı.

İlk dəfə olaraq Bakıdan-Gürcüstana və əks istiqamətdə sərnişinlərin sürət qatarları ilə daşınmasına başlanılıb. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti bu məqsədlə Fransanın Alstom şirkətindən sərnişin lokomotivləri alıb. Əvvəlkilərdən bir sıra üstünlükləri ilə fərqlənən bu lokomotivlərin sürəti də xeyli yüksəkdir.

Qurumun sözçüsü Natavan Bayramovanın sözlərinə görə, Fransa şirkəti ilə bağlanmış müqaviləyə əsasən, 'Ady Alstom' şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanla işləyən lokomotivin almasını planlaşdırır. Onlardan 40 ədədi yük daşınmasında, 10 ədədi isə sərnişin daşınmasında istifadə olunacaq. Artıq 10 ədəd sərnişin lokomotivi və 8 ədəd yük lokomotivi Azərbaycana gətirilib.

Bu ilin sonuna kimi "Alstom" şirkətinin daha 8 sərnişin lokomotivi istismara qəbul ediləcək və digər sərnişin qatarlarının da daşınması bu lokomotivlərlə həyata keçiriləcək.

 

Xəbər lenti

Çox oxunanlar