Cəlilabadda narkotik alverçiləri tutulub. Saxlanılan hər iki şəxsdən müxtəlif növ narkotik maddələr aşkar edilib. Onlar zəhərli maddələri satmaq məqsədi ilə əldə etdiklərini deyiblər.
Narkotik maddələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları əməliyyat məlumatı əsasında Günəşli kənd sakini Vasif İsmayılovu saxlayıb. Onun üzərində şəxsi axtarlıış aparılan zaman bir ədəd kibrit qutusunda qablaşdırılan 2 qramdan çox qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Vasif İsmayılovun idarə etdiyi avtomobildən əlavə olaraq 12 büküm qurudulmuş marixuana, psixotrop maddə 15, qramdan çox 4 büküm həşiş qətranı və 5 ədəd kibrit qutusunda çətənə bitksinin toxumları aşkar olunaraq götürülüb. Vasif Ismayilov narkotik vasitələrin ona məxsus olduğunu və həmyerlisi Qoşqar adlı şəxsdən aldığını bildirib.
Polis əməkdaşları keçirdikləri əməliyyat zamanı Vasif İsmayılova narkotik vasitələri sataN əvvəllər məhkum olunmuş Alar kənd sakini Qoşqar Məmmədov da tutularaq istintaqa təqdim edilib. Həmin şəxsdən 1 ədəd paketdə 975 qram olan həşiş qətranı aşkar olunaraq götürülüb. Qoşqar Məmmədov narkotik vasitlərin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı hər iki şəxs barəsində cinayət işi başlanıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.