Xəzər Xəbər

Saatlıda su qıtlığı yaşanır - 7 aydır ki, problem həll edilməyib - VİDEO

Veb TV | 19:22 • 13 Oktyabr 2019
Saatlıda su qıtlığı yaşanır -

Saatlının Orta Muğan kəndi təxminən 7 aydır ki, susuz qalıb. Vəziyyət o yerə çatıb ki, həyətlərdə qazılan quyuların da suyu quruyub.

Xezerxeber.az-ın məlumatına görə, əkin sahələrinə 5 ay, kəndin özünə isə 7 aya yaxındır ki, su gəlmir.

Saatlı rayon Orta Mugan kəndi mart ayından bu yana susuzdur. Sakinlər deyir ki, 600- dən çox şəxsi təsərrüfatın olduğu kənddə artıq məişətdə də istifadə etməyə su tapılmır.

Sakinlər qeyd edir ki, əvvəllər ayda bir-iki dəfə bu kəndi təmin edən kanala su gəlirdi. İndi isə mövcud vəziyyətə görə kəndlilər mövsümi əkinlərini də apara bilmirlər.Bununla yanaşı kənddəki bir çox yeraltı sular da quruyub.

Məslə ilə bağlı Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev deyib ki, Orta Mugan kəndinə digər 14 kənddən keçəndən sonra su çatır. Araz çayının su mənbəyində suyun azalması həmin kəndə su verilməsində çətinlik yaradıb.

Tahir Rzayev bildirib ki, problemi aradan qaldırmaq üçün layihə hazırlanır. Kür çayından Saatlı rayonununa nasoslar vasitəsi ilə su ötürüləcək. Gələn ilin ortasından işlərə başlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

COP29 Sədrliyindən BƏYANAT
18:10 • 22 Noyabr 2024