Allahverdiyevlər ailəsini Mingəçevirdə demək olar ki, hər kəs tanıyır. 39 yaşlı Taleh Allahverdiyev bəstəboy olması ilə digərlərindən fərqlənir.
Xezerxeber.az-ın məlumatına görə, əslən Şuşadan olan Taleh Allahverdiyev Mingəçevirdə məskunlaşıb. Burada valideyinlərinin də məsləhəti ilə özündən boyca az fərqlənən Mirvari xanımla ailə həyatı qurub.Taleh Allahverdiyev həkimlərin bunun irsi olduğunu söylədiklərini deyir.
Ailəli olduqları 17 il ərzində bir qız, iki oğlan övladları dünyaya gəlib. Fidan 4 -cü , Fəxri isə 7-ci sinifdə oxumalarına rəğmən boyları həmyaşıdlarından çox fərqlənir.
Bəstəboy olmalarına baxmayaraq, ailə özünü çox xoşbəxt hesab edir.
Taleh Allahverdiyevin ən böyük arzusu ailəsi ilə birlikdə doğma yurduna qayıtmaqdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: