Paşinyanın Aşqabadda Prezident İlham Əliyevin sözlərinə cavabı rusiyalı ekspertlər tərəfindən tənqidlərə məruz qalıb. Belə ki rusiyalı ekpertlər Paşinyanı faşizmi müdafiə etməkdə ittiham ediblər. Onların fikrincə Nikol Paşinyanın çıxışı əslində ermənistanın faşizmi dəstəkləməsinin etirafıdır.
''Ermənistanın baş naziri Nikol Paşinyan Qaregin Njdenin şəxsiyyətini müdafiə etməyə cəhd göstərsə də , nəticədə öz şəxsi təbliğat tələsinə düşdü. Paşinyan , İlham Əliyevin gətirdiyi faktların qarşısında heç bir tutarlı arqument səsləndirə bilmədi".
Rusiya siyasi tədqiqatlar institutunun direktoru, Tanınmış politoloq Sergey Markovun sözlərinə görə, Rəsmi Moskva prezident İlham Əliyevlə nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizədə də həmrəydir.
İclası şərh edən rusiyalı Ekspert Yevgeniy Mixaylov qeyd edib ki, Paşinyanın özünü müdafiəsi əsassızdır. Heç kim və heÇ vaxt Garagen Nijdenin SS-ə xidmət etdiyini unutmayacaq. Nijde minlərlə günahsızin qatilidir.
Rusiyalı siyasi ekspert, "Vestnik Kavkaza" İnformasiya Agentliyinin baş direktorunun müavini Andrey Petrov deyib ki, Ermənistanın Baş Naziri Nikol Paşinyanın Azərbaycan Prezidentinin bu cür bəyanatla çıxış edəcəyini gözləmirdi.
Rusiyalı ekspert Aleksey Nevijoy Prezident İlham ƏLiyevin iclasdakı çıxışının birtərəfli olmadığını bildirib. O qeyd edib ki, Paşinyanın terrorçuluğa kömək edənlərin qəhrəmanlaşdırılmasına dəstəyi Rusiyaya qarşı addımdıR.
Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Ermənistanda Njdeyə heykəl qoyulmasını cinayət adlandırıb.Onun sözlərinə görə, Rusiya bu cür hadisələrə adekvat cavab verməlidir".
Rusiyalı ekspertlər həmfikirdilər ki Qarigen Nijdeye heykəl qoyulması və Paşinyanın onu müdafiə etməsi böyük vətən müharibəsində iştirak etmiş bütün ölkərə və mühaibənin qurbanlarına ermənistan dövləti və onun rəhbəri tərfindən hörmətsizlikdir.