Mingəçevir sakinimedal və döş nişanlarından ibarət koleksiya yaradıb. Onları yığmağa uşaq yaşlarından başlayıb və bu gün də xobbisini davam etdirir. Bu nişanların və medalların əksəriyyətinin maraqlı tarixçəsi var.
Ən kiçiyi düyməni, böyüyü isə miniatür kitabı xatırladır...60-70 ci illərə məxsus bu medallar və döş nişanları bu gün də qorunub saxlanılır...
Mingəçevir sakini, 59 yaşlı Mais Mustafayev nişan kolleksiyaçısı kimi tanınır. Hazırda onun kolleksiyasında 200-dən artıq müxtəlif döş nişanı, medal və orden yer alır. Nişanları yığmağa isə uşaq yaşlarından başlayıb.
Mais Mustafayev bu yaşına qədər də xobbisini davam etdirir. Nişanların ölçüsü kimi tarixçələri də müxtəlifdir. Kolleksiyaçının sözlərinə görə, nişanlarının bəzilərini pulla alıb, bir qismini isə ona dost-tanışı bağışlayıb.
Kolleksiyaçının bildirir ki, nişanları və medalları satın almaq istəyənlər də olub. Lakin o, heç birini satmaq fikrində olmadığını deyib. Buna görə hətta ondan küsənlər də olub.