Goranboyda evin döşəməsinə vurulan dolğu partlayışa səbəb olub. Hadisə zamanı ana və oğlu ağır yanıq xəsarətlari alıb. Onlar paytaxtada yerləşən xəstəxanlardan birinə göndərilib.
Evdə baş verən partlayış zamanı 2 nəfər ağır xəsarət alıb…
Hadisə Goranboyun Sarov kəndində qeydə alınıb. Müzəffər Əliyevə məxsus mənzildə təmir işləri yekunlaşmaq üzrə olarkən anidən partlayış baş verib. Yanğınla nəticələnən hadisə zamanı ev sahibin həyat yoldaşı, 45 yaşlı Gülçöhrə Əliyeva və oğlu, 26 yaşlı Rizvan Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onlar Gəncədə yerləşən xəstəxanlardan birinə yerləşdiriliblər.
Partlayış yeni təmir edilən mənzilin döşəməsinə vurulan dolğunun qığılcımdan alışması nəticəsində baş verib. Yanğın və partlayış nəticəsində ev yararsız vəziyyətə düşüb.
Hadisə zamanı ağır yanıq xəsarətləri alan ana və övladı daha sonra paytaxtada yerləşən xəstəxanlardan birinə göndərilib.