Azərbaycanın qərb bölgəsi xalçaçılıq sənətinin geniş yayıldığı ərazilərdəndir.
"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialı günü-gündən öz fəaliyyətini genişləndirir.
Qazax-Borçalı qrupuna aid xalçaların toxunduğu filialda bu günlərdə 300-cü xalça kəsilib. Burada xalçaçılığa marağı olan gənclər üçün tədris-hazırlıq kursları da yaradılıb.
"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin növbəti ildə Sumqayıt ip əyrici və boya fabriki də istifadəyə veriləcək.
Bununla da xaricdən xammal idxal edilməsinə ehtiyac qalmayacaq.