Xəzər Xəbər

Elektrik naqilləri açıq vəziyyət - Uşaqlar üçün təhlükə mənbəyidir - VİDEO

Veb TV | 19:44 • 12 Oktyabr 2019
Elektrik naqilləri açıq vəziyyət -

Paytaxtın Xətai rayonu Aşıq Ələsgər küçəsi 4 ünvanında doqquzmərtəbəli yaşayış binasının həyətində quraşdırılan işıq dirəklərinin elektrik naqilləri açıq vəziyyətdə qalıb. Bu isə xüsusilə uşaqlar üçün təhlükə mənbəyidir. ''Xəzər Xəbər''in müdaxiləsindən sonra problemin aradan qaldırılacağına söz verilib.

Sakinlər uşaqlarını həyətə çıxarmaqda ehtiyat edirlər. Səbəb isə həyətdə olan bir neçə işıq dirəyində naqillərin üzərinin açıq olmasıdır.

Paytaxtın Xətai rayonu Aşıq Ələsgər küçəsi 4 ünvanında yaşayan sakinlər binanın həyətindəki işıq dirəklərində yaranan problemdən şikayətçidirlər. Onların sözlərinə görə, bir neçə il əvvəl binanın həyətində işıq dirəkləri quraşdırılıb. Bu dirəklərin içərisində olan elektrik naqilləri çöldə üstüaçıq şəkildə qaldığından təhlükəli vəziyyət yaranıb.

Sakinlər deyirlər ki, uşaqlar həyətdə oynayan zaman bilmədən elektrik naqillərinə toxuna və bu da hər an faciə ilə nəticələnə bilər.

Naqillərin üzərinin açıq qalması xüsusən də yağışlı havalarda təhlükəni daha da artırır.

Məsələ ilə bağlı "Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsinin baş mühəndisi Məhərrəm Babayev bildirdi ki, paytaxt ərazisində olan bütün işıq dirəklərində elektrik naqilləri dirəyin içərisinə yerləşdirilir və üzəri qapaqla örtülür. Lakin son vaxtlar bəzi metal yığan şəxslər xüsusən də yeni qoyulan işıq dirəklərinin qapaq hissələrini, elektrik naqillərini və cərəyan tranformatorlarının detallarını oğurlayıb satırlar. Artıq bununla bağlı 2 nəfər saxlanılaraq inzibati məsuliyyətə də cəlb olunub.

Məhərrəm Babayev bildirdi ki, "Xəzər Xəbər''in qaldırdığı bu problem həftənin birinci günü aradan qaldırılacaq və işıq dirəklərinin naqilləri tamamilə yenilənərək dirəyin içərisinə salınacaq.

 

Xəbər lenti

Çox oxunanlar