Xəzər Xəbər

Prezident İlham Əliyev tutarlı cavabı ilə Paşinyanın iddialarını darmadağın etdi VİDEO

Veb TV | 19:10 • 12 Oktyabr 2019
Prezident İlham Əliyev tutarlı cavabı ilə Paşinyanın iddialarını darmadağın etdi

Prezident İlham Əliyev ötən gün Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB dövlət başçılarının sammitində Ermənistan baş naziri Nikol Paşinyanın iddialarını darmadığın etdi. Sammitin nəticələrini XəzərXəbər-ə şərh edən prezident administrasiyasının şöbə müdiri Hikmət Hacıyev bildirib ki, prezident İlham Əliyev tutarlı faktlarla sübut etdi ki, faşizm Ermənistanda dövlət səviyyəsində təbliğ və müdafiə edilir.

''Prezident İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB dövlət başçıları Şurasının məhdud tərkibdə iclası zamanı çıxışı ilə ermənistanın əsl simasını bir daha ortaya qoydu. Bunu Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyevin sözlərinə görə iclasda 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Sovet xalqının Qələbəsinin 75 illiyi ilə bağlı mövzu müzakirə olunan zaman çıxış edən prezident İlham Əliyev tutarlı faktlarla, sübutlarla Ermənistanda faşizmin qəhrəmanlıq kimi qələmə verilməsini isbat etdi.Hikmət Hacıyev əlavə edib ki, prezident İlham Əliyev Ermənistanda faşistlərin, konkret desək Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyanın qəhrəmanlaşdırılmasına haqlı olaraq kəskin etirazını bildirib.

Hikmət Hacıyev əlavə edib ki, prezident İlham Əliyev çıxışı zamanı Ermənistandan fərqli olaraq, Azərbaycanın, Azərbaycan xalqının faşizmə qarşı necə mübarizə aparmasını diqqətə çatdırıb.Hikmət Hacıyevin sözlərinə görə prezident İlham Əliyev öz çıxışı ilə Azərbaycan xalqının mübarizəsini qəhrəmanlıq nümunəsi kimi təqdim edib

Hikmət Hacıyev qeyd edib ki, dövlət başçısının çıxışından sonra Ermənistanın baş naziri açıqlamalar verib. Amma o öz çıxışı ilə uğursuz siyasətçi olmasını göstərib. Daha sonra Prezident İlham Əliyev yenidən cavab vermək hüququndan istifadə edərək Paşinyanı tutarlı faktlarla yerində oturdub

Hikmət Hacıyev sonda vurğulayıb ki, bu tipli beynəlxalq sammitlərdə tutarlı faktlarla, həqiqətlə üz-üzə qaldıqda Nikol Paşinyan həm özünü, həm də ermənistanı biabir etmək məcburiyyətində qalır.

 

Xəbər lenti

Çox oxunanlar