Xəzər Xəbər

"Sülh Çeşməsi"ndə DÖRDÜNCÜ GÜN: Türk ordusuna ŞOK, şəhidlərin sayı artdı, 415 terrorçu... - VİDEO

Veb TV | 09:33 • 12 Oktyabr 2019
"Sülh Çeşməsi"ndə DÖRDÜNCÜ GÜN:

"Sülh Çeşməsi" ("Barış Pınarı") əməliyyatı çərçivəsində öldürülən PKK/PYD-YPG terrorçularının sayı 415-ə çatıb.

Bu haqda Türkiyənin Müdafiə Nazirliyindən bildirilib.

"Fəratın şərqində həyata keçirilən "Barış Pınarı" hərəkatı gecə boyunca uğurla davam etdirilib. PKK/PYD-YPG terror təşkilatının mövqeləri qurudan və havadan vuruldu. Zərərsizləşdirilən terrorçuların sayı 415-ə çatıb", - məlumatda deyilir.

***

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Sülh Çeşməsi" (Barış pınarı) antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 399 terroçusu zərərsizləşdirilib.

Anadolu" agentliyi xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün tvitterdəki səhifəsində məlumat yayıb.

***

"Sülh Çeşməsi" hərəkatında terrorçularla döyüşdə Türkiyənin daha bir əsgəri şəhid olub.Bununla, hərəkat başlanandan bu yana şəhid olan türk əsgərlərinin sayı 4-ə çatıb.

Tel Abyad və Rasulaynda YPG/PKK terror təşkilatından azad edilən kəndlərin sayı isə 15-ə çatıb. Son olaraq, Tel Adyadın cənub-şərqindəki Halave kəndi terrorçulardan təmizlənib.

Hərəkatın gedişatında öldürülən terrorçuların sayı 342-ə çatıb.

***

YPG/PKK terror təşkilatı Suriyada işğal etdiyi bölgələrdən Surucdakı dinc sakinlərə hücum edib.

Nəticədə 2 dinc sakin həlak olub.

***

Türkiyə Silahlı Qüvvələri PKK mövqelərini bombalayıb. Həmin görüntüləri anbaan təqdim edirik:

Publika.az

Xəbər lenti

Çox oxunanlar