Yaponiya sahillərinə yaxınlaşan "Haqibis" qasırğasına görə demək olar, 10 milyona yaxın insan təxliyyə ediləcək.
Bu barədə TASS ölkənin ictimai televiziyasına istinadən xəbər verir.
Məlumata görə,7,6 milyondan çox insana təxliyyə hazırlığına başlamaq, daha 1,7 milyondan çox insana bilavasitə təxliyyə haqqında tövsiyə edilib. Yaponiyanın mərkəzi hissəsində 8 min insana məcburi təxliyyə məsləhəti verilib. Eyni zamanda paytaxt üzrə təqaüdçülərin və yaşlı insanlarının təxliyyəsi başlanıb.
Müvafiq orqanlar paytaxt rayonlarının əksəriyyətinin sakinlərini mümkün təxliyyə hazırlığına başlamağa çağırıblar. Köçürmə mərkəzləri adətən məktəblərin akt və idman zallarında, bələdiyyə binalarında təşkil edilir.
"Haqibis" artıq ilk dağıntılara gətirib çıxarıb - Tokio prefekturasındabir şəxsi kottec dağılıb, nəticədə onun içində olan 4 nəfər xəsarət alıb. Məlumata görə, təbii hadisə zamanı 1 nəfər ölüb (Report).