Xəzər Xəbər

Qusarda 4 evdən 25 min manatlıq qızıl oğurlanıb - saxlanılan var - VİDEO

Veb TV | 18:28 • 7 Oktyabr 2019
Qusarda 4 evdən 25 min manatlıq qızıl oğurlanıb -

Qusar rayonunda evlərdən oğurluq edən çəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust-sentyabr ayları ərzində rayon ərazisində 4 evdən ümumi dəyəri 25.000 manata yaxın olan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Efəndiyev saxlanılıb.


O, törətdiyi cinayət əməllərini etiraf edib. Mənzillərdən oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində və Quba rayonu ərazisində dəyərindən ucuz qiymətə satan Ş.Efəndiyev əldə etdiyi pulları xərclədiyini bildirib.


Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb.


Araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar