Salyanın Şorsulu kəndində balıqlar kütləvi şəkildə tələf olub.
Xezerxeber.az-ın məlumatına görə, kənd ərazisindən keçən kollektorda balıqların kütləvi surətdə tələf olduğu müşahidə olunur.
Sakinlər deyir ki, balıqların qırılmasının səbəbi kollektor hövzəsinə brakonyerlərin qanunsuz müdaxilələrdir.
Sözügedən ərazi Baş Mil-Muğan kollektoruna aiddir. Bura əsasən qrunt suların və əkin sahələrinin suvarılmasından sonra yaranan artıq suların toplanması üçün nəzərdə tutulub.
Sakinlər bildirir ki, bir neçə növ balığın olduğu kollektorda balıqları kütləvi şəkildə ovlayan brakonyerlərdir. Onlar elektrik cərəyanı ilə balıqları öldürərək toplayırlar.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən bildirildi ki, pambıq sahələrində işlədilən dərmanların qabları kollektorlara atılır. Bu hal balıqların zəhərlənməsinə səbəb ola bilər. Amma dəqiq nəticə sudan və balıqlardan götürülən nümunələr laborator analizə göndərildikdən sonra məlum olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: