Xəzər Xəbər

Ermənilər işğal altındakı abidələri dağıdır VİDEO

Veb TV | 21:27 • 6 Oktyabr 2019
Ermənilər işğal altındakı abidələri dağıdır

''Ermənistan dövlətiişğal olunmuş ərazilərdəki tarixi, dini abidələrə sivil yanaşmalıdır.Dağlıq Qarabağdakı bir çox tarixi dini abidə mal-qara tövləsi kimi istifadə olunur. İşğal altındakı Azərbaycan torpaqları dünyada yeganə belə ərazidir '' XəzərXəbər-ə açıqlama verən Avropa Müsəlman Forumunun prezidenti Əbdülvahid Niyazov belə deyib. O bildirib ki, Avropa Müsəlman Forumunun amalı , etnik əhali Dağlıq Qarabağa qayıdanadək oradakı dağıdılmış abidələri qorumaqdan ibarətdir. Əbdülvahid Niyazov bunun üçün beynəlxalq birliyin vasitəsi ilə Ermənistanla danışıqlar aparıldığını qeyd edib.

''Avropa İttifaqı da daxil olmaqla bir çox ölkələrlə Azərbaycanın işğal altında olan ərazilərində yerləşən və bu gün acınacaqlı vəziyyətdə olan məscidlər, İslam abidələri, mədəniyyət obyektləri ilə bağlı Ermənistanın yeni rəhbərliyinə təsir göstərilməsi məsələsinə dair danışıqlar aparırıq.''Bu sözləri Avropa Müsəlman forumunun prezidenti Əbdülvahid Niyazov deyib. O bildirib ki, müharibədən sonraDağlıq Qarabağdakıdağıntılar yan keçmiş abidələr dədözümsüzlük siyasəti nəticəsində dağıdılıb.

Avropa Müsəlmanlar Forumunun prezidenti qeyd edib ki,siyasi problemlər olsa belə, heç bir dövlət işğalı altında saxladığı abidələri, dini məbədləri məhv edə bilməz. Onları qorumaq hər kəsin borcudur. Əbdülvahid Niyazovun sözlərinə görə,Avropa Müsəlman forumunun məqsədi münaqişə həll olunana və yerli əhali öz yurd-yuvalarına qayıdana qədər işğal altındakı abidələri qoruyub, saxlamaqdır.

Əbdülvahid Niyazov Avropa Müsəlman Forumunundaxili imkanları hesabına Dağlıq Qarabağdakı abidələrin mühafizəsini həyata keçirə biləcəyini bildirib. Hətta dünyada yaşayan müsəlmanların bu işdə maraqlı olduğunu qeyd edib.

Xəbər lenti

Çox oxunanlar