Xalq artistiNazpəri Dostəliyevamərhum xalq artistiMəmmədbağır Bağırzadəilə gizli eşq yaşadıqlarını etiraf edib.
XəzərXəbər xəbər verir ki, müğənni "Ay Zaur" verilişində şəxsi həyatı ilə bağlı indiyədək heç yerdə açıqlamadığı məqamlara toxunub.
"Məmmədbağır Bağırzadənin bacılarının toyunu mən oxumuşam. Ailəsi məni çox sevirdi, bacıları ilə münasibətim vardı. Ailəsi məni istəyirdi, biz tərəfdən razılıq olmadı. Məni başqasına ərə verdilər. Sonra illər keçdi, mən toylara getmədim. O da ailə qurdu, gözəl ailəsi vardı. Sən demə bu istək, bu sevgi bu insanın qəlbində qalıb. Amma inanın ki, unudulmaz bir sevgiydi. Onun da ürəyində bir gizli sevgi olaraq qaldı, mənim də ürəyimdə".
Nazpəri Dostəliyeva Məmmədbağır Bağırzadənin ona mahnılar həsr etdiyini deyib.