Piştaxtada məhsul var amma satıcı yoxdur, balı almaq üçün isə elanı oxumaq lazımdır. Görüntü paytaxtdakı bal yarmarkasındandır.
Yarmarkada baldan daha bahalı məhsullarda satılır ki, bunlardan ən bahalısı Arı südüdür. Ana arıdan əldə edilən südün miqdarı çox az olduğundan qiyməti də baha olur.
Digər arı məhsulu isə proplosdir ki, bunun da 100 qramı 7-10 manat arasında dəyişir. Eyni zamanda çiçək tozuda çox satılan məhsullardandır.
Qeyd edək ki, burada bütün bal və arıçılıq məhsulları yoxlamadan keçirilib.Ona görə təşkilatçılar yarmarkadan kənarda satılan məhsulları almamağı tövsiyyə edir.