Paytaxtın Yasamal rayonu Şərifzadə küçəsində yeni geriyə dönmə yeri yaradılıb. Məqsəd pik saatlardan ASAN xidmətin qarşısındakı kəsişmədə sıxlıqı azaltmaqdır. Eyni zamanda bu küçədə yeni istilik boruları da çəkildiyindən yolun bir hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırlıb. İşlərin bu ayın birinci yarısınadək yekunlaşdırılması nəzərdə tutulub.
Paytaxtda daha bir yol ayrıcında sıxlıqın azadılması üçün hərəkətə dəyişiklik edilib. Söhbət Şərifzadə küçəsindən gedir.
Eyni zamanda hazırda Yasamal rayonunu Şərifzadə küçəsində Azəristilik Açıq Səhdmar Cəmiyyəti tərəfindən qış mövsümünə hazırlıq çərçivəsində istilik boruları dəyişdirildiyindən yolda hərəkət qismən məhdudlaşdırılıb. İşlərin yolun bir hissəsində aparıldığından 1 zolaq da avtomobillərin hərkəti üçün məhdudiyyət tətbiq eilib və bununla bağlı xəbərdar edici nişanlar qoyulub.
Ərazidə işlərin qısa zamanda yekunlaşması üçün 4 növbəli iş qrafiki tərtib edilib və işlərin bu ayı 14-nə kimi yekunlaşdırılması hədəflənir.