Yeni Ələt- Astara yolu istifadəyə verilsə də hələ də köhnə yoldan istifadə edənlər kifayət qədərdir. Lakin ətraf kəndlərin mal-qarası bu yolda hərəkət edənlər üçün təhlükəyə çevrilib. Söhbət köhnə Ələt-Astara yolunun Biləsuvar rayonunun Aşağı Cürəli kəndi istiqamətindən keçən hissəsindən gedir.
Sürücülər deyir ki, kənd sakinləri mal-qaranıyolun kənarında otarır, bəzən nəzarətsiz qalan heyvanlaristənilən anyolun hərəkət istiqamətinə çxaraq təhlükə yaradır.
AşağıCürəli kənd sakini Nicat Əliyev deyir ki, onlar növbə ilə kəndin mal-qarasını otarırlar.Kəndin otlaq sahəsi az olduğundan mal-qaranı yol kənarlarındaotarmaq məcburiyyətində qalırlar.
Məsələ ilə bağlıAşağı Cürəlikəndİcra nümayəndəsi Qalib Bağərovla əlaqə saxladıq. İcra nümayəndəsinin bildirdiyinə görə Aşağı Cürəli kəndinin örüş sahəsi zərurət yarandıqca kənd sakinlərinə həyətyanı sahə kimi verilir.Ona görə də otlaq sahələri tədricən azalır.