Piyadanın ölümü ilə nəticələnən yol qəzasıbaş verib.
Hadisə ötən gün Bakı-Qazax yolunun HacıqabulrayonununQarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yol kənarında dayanan yük avtomobilinin sərnişini sürücü tərəfdən kabinənin qapısını açaraq oradan nəsə götürən zamansürətlə hərəkətdə olanavtomobil onu vurub. Bakı sakini olan 21 yaşlı Mirsurxay Məmmədov hadisə yerində ölüb.
Biləsuvarda da ölümlə nəticələnən qəza olub. Ələt-Astara yolunun 85-ci kilometrliyində, Biləsuvar ərazisində avtomobil yük maşınına arxadan çırpılıb. Hadisə zamanı avtomobilin sürücüsü, Abşeronsakini 33 yaşlı Mirzə Mirzəyev agır xəsarət alaraq Biləsuvarrayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hər iki faktla bağlı araşdırma aparılır.