Şotlandiyanın paytaxtı Edinburqda oktyabrın 5-də ölkənin müstəqilliyinə dəstək məqsədilə 200 mindən çox iştirakçı toplamış yürüş keçirilib.
Bu barədə BBC aksiyanın təşkilatçıları olan "All Under One Banner” ("Hər şey bir bayraq altında”) hərəkatına istinadən bildirir.
Şəhər hakimiyyəti və Şotlandiya polisi yürüşün iştirakçılarının sayı barədə məlumat verməyib.
Bildirilir ki, əllərində Şotlandiya, İrlandiya və hətta İngiltərə bayraqları olan insanlar "Biz nə istəyirik? Müstəqillik!” deyərək şəhərin mərkəzi ilə yürüyüblər. Yürüşün iştirakçılarının əsas bannerində isə "Müstəqillik indi " yazılıb.
BBC qeyd edir ki, ötən il analoji tədbirdə 100 min nəfər iştirak edib.