Naməlum şəxslər Kolumbiyanın cənubunda neft kəmərinin bir hissəsini partladıblar.
Bu barədə RCN telekanalı məlumat verib.
Telekanal bildirir ki, hadisə Orito bələdiyyəsində (Putumayo Departamenti) baş verib. Naməlum şəxslər "Ecopetrol” dövlət şirkətinə məxsus neft kəmərinin işini pozmaq üçün partlayıcı maddələrdən istifadə ediblər. Partlayış nəticəsində yanacaq Quamues çayına tökülüb.
Qeyd edilir ki, "Ecopetrol” operator-şirkəti Quamues çayının neftlə çirklənməsi barədə Putumayo Departamentinin rəhbərliyini məlumatlandırıb.
"Hücum boruların dağılmasına və Oritoya neftin tökülməsinə və beləliklə də, Quamues çayının çirklənməsinə gətirib çıxarıb. Hücum zamanı neft kəməri fəaliyyət göstərməyib, ətraf mühitin daha da çirklənməsinin qarşısını almaq üçün məhdudlaşdırıcı klapanlar dərhal bağlanıb”, - deyə "Ecopetrol” şirkətinin "Twitter” səhifəsində bildirilir./oxu.az