Rusiyada Novorossiysk şəhər dumasının deputatı Vitali But piyada keçidində yolu keçməyə çalışan uşağı idarə etdiyi "Range Rover” markalı avtomobillə vuraraq hadisə yerindən qaçıb.
Bu barədə REN TV məlumat yayır.
Qəzanın oktyabrın 4-də baş verdiyi bildirilir.
Qeyd edilir ki, hadisə zamanı deputat sükan arxasında sərxoş vəziyyətdə oturub.
Telekanalın məlumatına əsasən, yol-nəqliyyat hadisəsinin səbəbkarı artıq saxlanılıb. Onun barəsində iki – qəza yerindən qaçma və avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi maddələri əsasında cinayət işi açılıb.