Dieqo Maradonanın baş məşqçisi olduğu "Ximnasiya La-Plata” komandası Argentina çempionatında ilk qələbəsini qazanıb.
Səfərdə "Qodoy Krus”u 4:2 hesabı ilə məğlub edən komanda ardıcıl məğlubiyyət seriyasına son qoyub.
Qələbəyə hamıdan çox sevindiyi hiss olunan Maradona matçdan sonra paltardəyişmə otağında rəqs edib.