Almaniya Bundesliqasında 7-ci turun oyunları keçirilir.
Dortmund "Borussiya"sı "Frayburq"un qonağı olub. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
"Bayern", "Leyptsiq", "Frayburq", "Şalke" və "Bayer" klubları 14 xalla 1-5-ci yerləri bölüşür. "Borussiya" 12 xalla 7-ci sırada qərarlaşıb.
"Frayburq" - "Borussiya" - 2:2
Qollar: Luka Valdşmidt, 55, Manuel Akanci, 89 (avtoqol) - Aksel Vitsel, 20, Əşrəf Hakimi, 67